"Pişik Günel"dən Röyaya replika: "Başdan ayağa "kopyasan"" - VİDEO

img

24-06-2020 [12:20]


"Pişik Günel" ləqəbi ilə tanınan müğənni Günel Ələkbərovanın Xalq artisti Röya Ayxana söz atdığı iddia edilir.

"ATV maqazın Onlarla" proqramına açıqlamaları ilə gündəmə gələn ifaçı Röyanı Aygün Kazımovanı təkrarlamaqda ittiham edib: "Sən Aygünü görüb gəlmisən səhnəyə. Çalışmısan ki, Aygün olasan. Başdan ayağa "kopyasan". Amma artıq ad da almısan xalq artistisən, çalış özün ol. Mən Aygün xanımın vəkili deyiləm, amma gördüyümü deyirəm. Əslində, Aygün xanım öz doğum günündə bizi barışdırmışdı. Amma elə də münasibətimiz yoxdur". 

Qısa müddət ərzində sosial şəbəkələrdə yayılan görüntülər izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Onlar Pişik Günelin Röyaya atmaca atdığını bildiriblər. 

Həmin görüntüləri təqdim edirik:

Yenisabah.az


Digər xəbərlər
SON XƏBƏRLƏR