"Birdəfəlik ödəmə üçün təkrar müraciətə ehtiyac yoxdur" - ƏƏSMN 190 manatlıq yardımla bağlı daha bir açıqlama yaydı

img

23-06-2020 [15:36]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sərt karantin rejimi tətbiq edilən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə veriləcək 190 manat məbləğində birdəfəlik ödəmə ilə bağlı bəzi detalları açıqlayıb.

Mia.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə 190 manat ödəmə zamanı faktiki yaşayış yerinin nəzərə alınacağını bildirilib: "Bu zaman vətəndaşın aprel-may ayları üzrə birdəfəlik ödəmə almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi ünvan əsas götürüləcək. Birdəfəlik ödəmə üçün təkrar müraciətə ehtiyac yoxdur".


Digər xəbərlər
SON XƏBƏRLƏR