Elza Seyidcahanın maşını cərimə meydançasına salındı - 5500 manatlıq radar borcu var

img

23-06-2020 [10:45]


Əməkdar artist Elza Seyidcahan dəfələrlə yol hərəkəti qaydalarını pozduğu üçün cərimələri 5500 manata çatıb.

Müğənni bu barədə "Bizimləsən" proqramında danışıb. Seyidcahan qeyd edib ki, radara çox düşüb və üstünə faiz gəldiyindən borcun miqdarı yüksəlib: "Proqrama taksi ilə gəlmişəm. Avtomobilim cərimə meydançasındadır. Tıxaclarda oluruq, dövlət tədbirləri, konsertlərə çatmaq istəyirik. O zaman polis əməkdaşları bizə kömək göstərir. Lakin radar bizə güzəşt etmir, yazır. Sığortaya da getməmişəm, faizlər gəlib. 5500 manat cəriməm yığılıb, 3 min AZN ödəmişəm".

Qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub