Jurnalistlərin fəaliyyətinə də icazə veriləcək

img

19-06-2020 [17:40]


Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək fəaliyyətinə icazə verilən şəxslər siyahısına kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri də daxildir.

Mia.az xəbər verir ki, bu, Baş Nazir Əli Əsədovun imzaladığı "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" qərarda yer alıb.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə bildirib ki, Kütləvi İnformasiya Vasitələrinin əməkdaşları da “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməlidir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR