Kamil Zeynallı küçədə əlbəyaxa davaya çıxdı - DİN-dən açıqlama + VİDEO

img

19-06-2020 [15:31]


Abşeron rayonu ərazisində fitnes təlimatçısı Kamil Zeynallı dava salıb.

Mia.az BAKU.WS-ə istinadla xəbər verir ki, həftənin 2-ci günü Qobu qəsəbəsində olarkən Kamil Zeynallı bir vətəndaşla dalaşıb.

Mübahisə sonradan əlbəyaxa davaya çevrilib.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Hüquq-mühafizə orqanlarından BAKU.WS-ə bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Kamil Zeynallının sosial şəbəkəlkərdə yayılan dava görüntülərinə münasibət bildirib.

 E.Zahidov “MediaPost”a açıqlamasında hadisənin bir neçə gün əvvəl baş verdiyini deyib:

“Hadisə iyunun16-da Bakı-Şamaxı yolundakı postda baş verib. Hadisənin baş verməsinə səbəb iki sürücünün bir-birinə yol verməməsi olub. Onların hər ikisi ərazi üzrə Abşeron rayonunun Qobu qəsəbəsindəki polis bölməsinə gətirilib. Orada hər iki şəxsdən izahat alınıb və hazırda məsələ araşdırılır. Araşdırmanın nəticəsinə uyğuin olaraq məsələyə qiymət veriləcək”.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub