Nərimanov rayon prokurorluğu ağır qəza ilə bağlı açıqlama yaydı

img

18-06-2020 [15:19]


İyunun 18-də saat 01 radələrində Nərimanov rayon ərazisində paytaxt sakini 1969-cu il təvəllüdlü Qəhrəman İmanovun idarə etdiyi “Azsamand” markalı 99-GV-137 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək aşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölməsi ilə bağlı məlumat daxil olub.

Nərimanov rayon prokurorluğundan Mia.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilas etmə qüvvələri tərəfindən sıxılı vəziyyətdə qalan Q.İmanovun meyiti deformasiyaya uğrayan avtomobildən çıxarılıb:

"Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, o cümlədən digər zəruri hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir".


Digər xəbərlər
SON XƏBƏRLƏR