UEFA dünya çempionatının təsnifat mərhələsinin püşk prosedurunu təsdiqləyib

img

18-06-2020 [14:55]


UEFA 2022-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə təsnifat mərhələsinin püşk prosedurunu təsdiqləyib. 

Quruma üzv 55 ölkə reytinqə əsasən 6 səbətə bölünəcək.

Ümumilikdə 10 qrupdan 5-də 6 komanda, qalan 5-də isə 5 komanda olacaq. Komandalar qruplarda ev və səfər prinsipi ilə çıxış edəcəklər. Qrup qalibləri birbaşa DÇ-2022-yə vəsiqə qazanacaq. İkinci yeri tutan 10 komandaya UEFA Millətlər Liqasından iki kollektiv qoşulacaq və pley-off qarşılaşmaları nəticəsində son 3 vəsiqənin sahibi bəlli olacaq/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR