"Qarabağ" çempion elan olundu, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə... - AFFA Premyer Liqa və kubokla bağlı qərar verdi

img

18-06-2020 [12:38]


AFFA İcraiyyə Komitəsi Azərbaycan Premyer Liqası və ölkə kuboku ilə bağlı qərar qəbul edib.

Məlumata görə, çempionatın vaxtından əvvəl başa çatdırılmasına qərar verilib.

Ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyətin klubların haızrlığına və oyunlarına keçirilməsinə çətinlik yaratması və son vaxtlar yoluxma sayının çox olması federasiyasının bu cür addım atmasına səbəb olub.

20 turdan sonra 45 xalla zirvədə yer alan "Qarabağ" çempion elan olunub. Ağdam klubu 2020/2021 mövsümündə Azərbaycanı çempionlar liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avropa Liqasında təmsil edəcək.

Qeyd edək ki, İK daha əvvəl Premyer Liqanın iyunun 21-də bərpa olunacağını açıqlamışdı.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR