Yasamalda 35 yaşlı kişi öldürülüb

img

18-06-2020 [10:22]


İyunun 17-də saat 23 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1985-ci il təvəllüdlü Cəlal Hüseynovun naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.

Yasamal rayon Prokurorluğundan Mia.az-a verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin dairəsinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR