Gəncədə şok olay: 70 yaşlı kişi qardaşı arvadını, öz gəlinini və nəvələrini bıçaqlayıb, ölən var

img

16-06-2020 [21:45]


Gəncədə ailə münaqişəsi zəminində baş verən hadisə ilə bağlı yeni təfərrüatlar məlum olub.

Məlumatına görə, qətli törədə şəxs, 1950-ci il təvəllüdlü Quliyev Mahir Əliqara oğlu qardaşı arvadını, öz gəlinini və nəvələrini bıçaqlayıb.

Qardaşı arvadı, 1967-ci il təvəllüdlü Quliyeva Ofeliya Həmid qızı hadisə yerində dünyasını dəyişib. 

Gəlini və nəvələri isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib/APA.

***

Gəncədə 4 nəfərin bıçaqlanması ilə nəticələnən hadisənin təfərrüatları məlum olub

Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Ailə başçısı həyat yoldaşını, gəlinini və iki nəvəsini bıçaqlayıb. Nənə hadisə yerində dünyasını dəyişib. 

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Gəncədə ailə başçısı tərəfindən bıçaqlanan şəxslərin kimliyi məlum olub: 

- 1967-ci il təvəllüdlü Quliyeva Ofeliya Həmid qıza (dünyasını dəyişib);

- 1984-cü il təvəllüdlü Quliyeva Günay Malik qızı;

- 2006-cı il təvəllüdlü Quliyev Malik Elnur oğlu;

- 2002-ci il təvəllüdlü Quliyeva Sevinc Elnur qızı.

APA.  


Digər xəbərlər
SON XƏBƏRLƏR