Bakıda mənzildən 50 min oğurlayan iki nəfər tutuldu

img

12-06-2020 [11:37]


Bakıda mənzildən 50 min oğurlayan iki nəfər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-cı Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində martın 20-dən iyunun 10-dək olan müddətdə rayon ərazisindəki mənzillərin birindən 50.000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri D.Borisov və R.Vəliyev saxlanılıblar. 


Digər xəbərlər
SON XƏBƏRLƏR