İmişlidə olay: 28 yaşlı şəxs güllələndi

img

11-06-2020 [20:27]


İmişli rayon sakini ehtiyatsızlıqdan öz tanışını odlu silahla yaralayıb.

Məlumata görə, hadisə bu gün axşam saatlarında Bəhrəmtəpə qəsəbəsi ərazisindəki süni gölün ətrafında qeydə alınıb.

Belə ki, həmin qəsəbənin sakini, 1990-cı il təvəllüdlü Ənvər Abuzər oğlu Sadıqov "MR-27" markalı ov tüfəngi ilə quşa atəş açan zaman güllə tanışı, 1992-ci il təvəllüdlü Röyal İlqar oğlu İbrahimliyə dəyib. Yaralının Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR