Müğənni Damla: "Köməkçimlə sevgili deyiləm, ancaq hər şey ola bilər"

img

11-06-2020 [16:39]


Müğənni Damla maraqlı açıqlamaları ilə diqqət çəkib. 

Mia.az xəbər verir ki, Lent.az-ın canlı yayımında qonaq olan ifaçı şəxsi həyatı haqda danışıb.

O, köməkçisi Şamillə sevgili olmadığını, hələ ki, müğənni-prodüser münasibətləri olduğunu bildirib:

"7 ildir artıq Şamilnən bir yerdəyik. 3-4 ay məsafə olmuşdu aramızda. Moskvada da neçə ay ancaq Şamilin üzünü görürdüm. Əslində, böyük sevgilər ya nifrətlə, ya da dostluqla başlayır. Mən o qədər demişəm ki, olmaz, ola bilməz, amma vaxtı zamanı gəlib, həmin şeyləri yaşamışam. Ona görə qorxuram nəsə deməkdən ki, vaxtı gələr sözümü danaram. Amma hələki müğənni - prodüser münasibətlərimiz var".


Digər xəbərlər
SON XƏBƏRLƏR