"POLİS QƏTİYYƏTLİ, HAKİMİYYƏT ƏDALƏTLİ OLMAYANDA..."
09-06-2020 [22:34]
Elxan ŞÜKÜRLÜ
“Strateq.az” saytının baş redaktoru
***
Ədalətli idarəetmənin hakim olduğu yerdə zora, gücə əl atmağa ehtiyac olmur, dostlar.
Böyük Əmir Teymurun sözüdür: “Məmləkətlər qılıncla fəth olunar, ancaq ədalətlə mühafizə edilər”...
Dövlət o vaxt gücə əl atmalıdır ki, o, ədalətin pozulduğunu görür və ədaləti bərpa etməkdə də zordan başqa çarəsi qalmır. Axı dövlət – xalqın nizamlı və firavan həyatı üçündür!
Bəli, dövlət onu təhdid edən, üzərinə gələn, onun qayda-qanunları ilə hesablaşmaq istəməyənlər qarşısından qətiyyən qaçmamalı, zərrə qədər geri çəkilməməlidir – çünki hər yerindən duran üstünə ayaq alar! Ancaq eyni zamanda dövlət ədalət sifətinə də heç zaman kölgə düşürməməli, onu itirməməli və bir qanunsuzluğu başqa bir qanunsuzluqla nizamalamağa cəhd göstərməməlidir! Böyük fransız yazıçısı və riyaziyyatçısı Paskal elə bunu nəzərə alaraq, deyirdi: “Gücə söykənməyən ədalət aciz, ədalətə söykənməyən güc isə zalım olar”...
Axı bu, bir gerçəklikdir ki, ədalət üçün tətbiq olunan güc heç vaxt kütləvi qıcıq, qəzəb və nifrət yaratmaz. Əksinə, əksəriyyət ədalətin bərpası üçün güc tətbiqini təqdirlə qarşılayar.
Əgər dövləti güc tətbiqinə sövq edən bir hadisəyə münasibətdə ictimai reaksiya, cəmiyyətin əhval-ruhiyyəsi təqdirdən daha çox qəzəbə, nifrətə köklənirsə və göstərilən bu reaksiya da süni yaradılmış, məqsədli körüklənmiş deyilsə, deməli, dövlət bu addımının doğru olub-olmadığını mütləq götür-qoy etməli, nəticəyə adekvat da davranış sərgiləməlidir...
Dünəndən bəri, Azərbaycan Polisinin başına zibil atılması və bu əməlləri genişləndirməyə, təhrikə çağıranlara qarşı da dövlətin sərt üzünü göstərməsi hadisəsi sosial şəbəkələrdə geniş müzakirə olunur. Cəmiyyətimiz növbəti dəfə bir neçə yerə bölünüb: polisin hərəkətini təqdir edənlər də var, onu qəzəblə qınayanlar, çox sərt şəkildə tənqid edənlər də; vəziyyətdən həmişəki kimi, bəhrələnməyə çalışanlar da mövcuddur, DİN-in yeni rəhbərliyinin son vaxtlar polisə qazandırdığı müsbət imicin dağıdılımasını istəyənlər və buna sevinənlər də...
Ancaq cəmiyyətin sağlam kəsiminin reaksiyasından aşkar görünür ki, bu hadisə üzərində təkcə polisə deyil, bütövlükdə hakimiyyətə qəzəb təqdirdən daha çoxdur. Deməli, dövlət güc tətbiqində hətta nə qədər haqlı olsa belə, ədalət sifətinə kölgə düşürüb artıq...
Məncə, hakimiyyət bu nifrətin və qəzəbin səbəbi üzərində çox-çox ciddi düşünməlidir! Çünki kimin nə deməsindən asılı olmayaraq, bu ictimai qəzəb və nifrət Polisin davranışından daha çox, siyasi hakimiyyətin indiyəqədərki fəaliyyətinə olan münasibətin, inamsızlığın ifadəsi kimi ortaya çıxır.
Unutmayaq ki, bu cəmiyyət Elçibəy hakimiyyətini hələ də qətiyyətsizlikdə, bir ovuc silahlının qarşısından qaçmaqda suçlayan, ona baş qaldıranlara qarşı zamanında sərt davranmamağı hələ də ən ağır şəkildə qınayan və bağışlamayan cəmiyyətdir... Əgər belə bir cəmiyyət 27 illik hakimiyyətindən arzuladığı qətiyyəti görüb də arzuladığı ədaləti görməzsə, ondan üz çevirər və o hakimiyyətə qarşı hər baş qaldırana da ya açıq, ya gizli dəstək verər – o başlar nə qədər kəsilsə, vurulsa belə!
Məncə, bu hakimiyyət üçün indi dövlətin ədalət sifətini göstərmə zamanıdır, sonra çox gec olacaq...
Unutmayaq: bir rəhbər, bir lider üçün cəsarət, qətiyyət və qüvvət çox önəmlidir, ancaq əhalisinin qəlbini qızdıracaq səadət günəşi yalnız ədalətdən doğar!
Allah ədalət hissinizi itirməsin!
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)
Dünyanı silkələyən "Epşteyn işi": səfir vəzifədən uzaqlaşdırıldı
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan.. - Onlar hakim qarşısına bu tarixdə çıxarılır
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir - Nələr olacaq? (TƏHLİL)
AQTA yanında İctimai Şuranın sədri vəzifəsinə seçki olub
"Qalatasaray" "Volfsburq"un futbolçusu ilə anlaşdı
"Azercell” “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Elmar Məmmədyarov Epşteynlə görüşüb? – Sabiq nazirdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb
"Çatlayın, partlayın, ölün" - Rəqsanə ilə şoumen aparıcı barışdı, izləyiciləri aşağıladılar + VİDEO
Sektor ləğv olundu, "alma ovçusu" yeni vəzifəyə gətirildi
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
ÇL-dən milyonlarq azanan "Qarabağ" 100 min avroya futbolçu alıb
AHİK-də daha bir dəyişiklik - Jurnalist vəzifədən niyə ayrıldı?
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və...- Cərrah 15 min təzminat ödəyəcək
Bakıya sulu qar və qar yağacaq - Sabahın hava proqnozu
"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...
"Beşiktaş" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub