Jurnalistlər Milli Məclisin plenar iclasa buraxılmayacaq

img

09-06-2020 [11:53]


Jurnalistlər Milli Məclisin plenar iclasa buraxılmayacaq.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata əsasən, iyunun 12-də saat 11:00-da keçiriləcək iclasa koronavirus infeksiyası ilə əlaqədar yaranmış mövcud vəziyyətlə bağlı bu dəfə KİV və mətbuat nümayəndələri ümumiyyətlə dəvət edilməyəcək.

İclasın gedişi ilə bağlı şöbə tərəfindən video, foto və press-reliz jurnalistlərə təqdim ediləcək/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR