Biləsuvar qonşusunun evini atəşə tutan şəxs tutuldu

img

08-06-2020 [13:38]


Biləsuvar rayonunda xuliqanlıq hadisəsi törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, hadisə iyunun 6-da Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində baş verib.

Kənd sakini O.Muradovun xuliqanlıq zəminində qonşusu A.Kazımovu hədələməsi və evi istiqamətində tüfəngdən atəş açması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində O.Muradov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR