Gəncədə keçmiş məhkum 2.4 kq narkotiklə tutuldu

img

06-06-2020 [15:10]


Gəncə şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları daxil olmuş məlumat əsasında Gəncə dəmir yolu stansiyası ərazisində əməliyyat keçiriblər.

Əməliyyat tədbiri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş K.Məmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan çəkisi 2 kiloqram 380 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA