Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 4 nəfər vəfat etdi - Rəsmi məlumat yayıldı

img

05-06-2020 [18:17]


Azərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1940, 1957, 1957 və 1972-cü il təvəllüdlü 4 nəfər vəfat edib: 

"Hazırkı dövrədək ölkəmizdə 6860 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 3871 nəfər müalicə olunaraq sağalmış, 82 nəfər vəfat etmiş, 2907 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 66 nəfərin vəziyyəti ağır, 73 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. 

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 328.385 test aparılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq