UEFA daha bir Türkiyə klubunu cəzalandırdı

img

05-06-2020 [18:34]


UEFA Türkiyə klubu “Ankaragücü”nü cəzalandırıb.

Məlumata görə, ali futbol qurumu Super Liqa təmsilçisinə 3 “transfer pəncərəsi”ndən istifadəyə qadağa qoyub.

Buna səbəb paytaxt klubunun ötən mövsüm müqaviləsini təktərəfli ləğv edən fransalı müdafiəçi Toma Ertoya olan 2 milyon 295 milyon avroluq borcunu ödəməməsidir. Ankaralıların eyni zamanda yarımmüdafiəçi Alessio Çerçiyə də borcunu (1,6 milyon avro) ödəmədiyi müəyyənləşib.

Qeyd edək ki, UEFA iki gün əvvəl Türkiyənin digər klubu “Trabzonspor”u 1 il müddətinə avrokuboklardan kənarlaşdırıb/Apasport.az

Digər xəbərlər
SON XƏBƏRLƏR