Baş Nazirdən istefa xəbərlərinə reaksiya: "Kimin nə məqsədlə yaydığı mənə maraqlı deyil"

img

05-06-2020 [16:47]


Gürcüstanın Baş Naziri Giorgi Qaxaria son zamanlar istefası barədə yayılan xəbərlərə münasibət bildirib.

O, bu cür informasiyaların kimin və nə məqsədlə yaydığının ona maraqlı olmadığını bildirib.

Hökumət başçısı deyib ki, hansı vəzifə tutacağı onun üçün əhəmiyyətli deyil: “Hökumətdə, hökumət başçısı və ya fermer olsam da, hər yerdə öz vəzifəmi yerinə yetirəcəyəm”.

Qeyd edək ki, qonşu ölkənin bəzi müxalif media qurumları G.Qaxarianın iyunun 20-də artıq baş nazir vəzifəsindən gedəcəyi barədə məlumatlar yayıb/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR