"Avropa Məhkəməsinin kəsdiyi cərimələri həmin yanlış qərarı çıxaran hakimlər ödəsin" - YAP-çı deputat
05-06-2020 [13:43]
“Hakimlərin çıxardığı qərarların monitorinqinin həyata keçirilməsi olduqca vacibdir. Əgər bir hakim prosedur qaydanı düzgün yerinə yetirmirsə, yaxud qəbul etdiyi qərar vətəndaşı narazı salırsa, onun məsuliyyətə cəlb edilməsi vacibdir”.
Bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, müəyyən məsələlərdə dünya və Avropa təcrübəsinə baxılmalıdır: "Hakimin prosedur qaydanı pozmasına görə Avropa Məhkəməsi qərar çıxarır. Nəticədə Azərbaycan dövləti başqalarına pul verməli olur. Vətəndaşın verdiyi vergini niyə bu işlərə cəlb etməliyik?! Bu cür məsələlərdə ödənilməli olan məbləğ həmin hakim tərəfindən ödənilməlidir. Yəni prosedur qaydalarını pozan hakimlərə qarşı mərhələli şəkildə cəza tədbirləri tətbiq etməliyik. Hakimlər öz fəaliyyətində bunu nəzərə almalıdır. Çünki məhkəmə, hakim dövlətin adından qərar qəbul edir”.
Daha sonra çıxış edən deputat Ziyafət Əsgərov isə bildirib ki, qanun layihəsində nəzərdə tutulan sistemli xarakter daşıyan pozuntular daha çox mülki işlərdə cərimələrlə bağlı məsələlərdə olur: “Biz keçən il qanunlara dəyişiklik etdikdən sonra bu sahədə xeyli irəliləyiş var. Hakimlərin təyin olunması məsələsində də bunu demək olar. Ədalət mühakiməsinin hamı üçün şəffaf olmasına görə qanun layihəsinin qəbulu çox vacibdir".
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb
Brazilyada dünyanı heyrətə salan hadisə: ölən əmisini banka gətirib adına kredit götürməyə çalışan qadın tutulub - FOTO
Sumqayıtda dəhşətli hadisə: oğul ata və anasını öldürüb
İSRAİL İRANI YENİDƏN VURUB: niyə İsfahan hədəf alınıb? - Açıqlamalar