Samir Şərifov MM-də demokratiyadan danışdı: “Palatanın rəyinin bir hissəsi ilə qəti razı deyilik”

img

05-06-2020 [13:23]


““2019-cu ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatlar üçün vacib məsələlərdən biri Hesablama Palatasının rəyidir”.

Bunu Maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında "2019-cu ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, Hesablama Palatasının rəyində razılaşmadığı müəyyən fikirlər var:

“Biz onların bəzisi ilə razıyıq, bəzisi ilə qəti razı deyilik. Amma bu, normal bir prosesdir. Fikrimcə, demokratiyanın bir növüdür. Biz bu məsələlərə çox hörmətlə yanaşırıq”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR