Pandemiyaya qarşı mübarizədə vətəndaşların sağlamlığı ən önəmli məsələdir - Müəllimə yazır
05-06-2020 [12:29]
Bildiyimiz kimi, hazırda dünyanın ən böyük problemi olan koronavirus pandemiyasının qarşısının alınması məqsədilə bütün dövlətlər qabaqlayıcı tədbirlər görür, virusun təsirinin azaldılması üçün addımlar atırlar.
Bütün dünyanı cənginə alan bu pandemiya təssüflər olsun ki, ölkəmizdən də yan keçməyib. Lakin Prezidentimiz İlham Əliyev Cənablarının çoxsaylı qərarları sayəsində ölkəmiz bu bəladan çox az xəsarətlə çıxmaqdadır.
Azərbaycanda koronovirus pandemiyasının qarşısının alınması üçün ölkə başçısı tərəfindən görülən tədbirlər təqdirəlayiqdir. Koronavirusa qarşı mübarizədə imzalanan sərəncamlar, həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində ölkəmiz koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparır.
Prezidentimizin “Biz birlikdə güclüyük!” çağırışı ilə bu təhlükəli infeksiyaya qarşı mübarizədə Azərbaycan xalqı özündə daha da məsuliyyət hiss edərək milli həmrəyliyə, hər cür fədakarlığa hazır olduğunu nümayiş etdirdi. İlham Əliyev cənabları pandemiyaya qarşı mübarizədə hər zaman vətəndaşların sağlamlığını ön planda tutmuşdu. Bu səbəbdən də bir sıra önləyici tədbirlər görülmüşdü. Vətəndaşların sağlamlığını düşünərək ölkə ərazisində xüsusi karantin rejimi tətbiq edilmiş, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmış, vətəndaşların sosial müdafiəsi gücləndirilmişdi. Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılmışdır. Testlərin aparılması üçün ölkədə 23 laboratoriya fəaliyyət göstərir. Prezident İlham Əliyev daxili tələbatı ödəmək üçün qısa müddət ərzində qoruyucu və digər tibbi ləvazimatların istehsalına başlanılması haqqında göstəriş vermiş, əhalinin tibbi ləvazimatlara olan ehtiyacı təmin şəkildə ödənilir.
Əhali arasında virusa yoluxma sürətinin aşağı düşməsini, xəstələrin sağalma dinamikasını nəzərə alaraq, xüsusi karantin rejimindən çıxış planı mərhələli şəkildə həyata keçirilirmişdi. Lakin son zamanlar əhalinin karantin rejiminə riayət etməməsi səbəbindən ölkə ərazisində sağalanlarla virusa yoluxanların sayı arasında kəskin fərq ortaya çıxdı. Bu səbəbdən də karantin rejiminin gücləndirilməsi məsələsi yenidən gündəmə gəldi. Ölkə başçısı əhalini karantin rejiminə ciddi əməl etməyə çağırır. Hətta Cənab Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtər rayonunda Dövlət Rəmzləri muzeyinin açılışında tibbi maskadan istifadə etməsi hər bir vətəndaş üçün nümunə olmalıdır.
Ümid edirik ki, hər bir Azərbaycan vətəndaşı prezidentin bu çağırışına əməl edərək, öz sağlamlığını düşünərək addım atacaqdır.
Xatirə Fehruzzadə,
Nəsimi rayonu R.Nəsirov adina 111 saylı tam orta məktəbin tarix müəlliməsi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"