Bakıda universitet tələbəsi intihar etdi 

img

05-06-2020 [11:44]


Ötən gün Bakıda özünü çoxmərtəbəli yaşayış binasından ataraq intihar edən şəxsin hansı ali təhsil müəssisəsinin tələbəsi olduğu məlum olub.

Hadisə zamanı dünyasını dəyişən 1999-cu il təvəllüdlü Nağdıyeva Günel Bəhram qızı Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi imiş.

Universitetin Tədris işləri üzrə prorektoru Eldar Aslanov “Report”a bildirib ki, mərhum təhsil ocağının Təsviri incəsənət müəllimliyi ixtisasının III kurs tələbəsi olub:

“O, dövlət sifarişi ilə yüksək balla universitetə qəbul olub. Oxuduğu müddət ərzində dərs göstəriciləri, davamiyyəti yaxşı olub. Bir sözlə, nümunəvi tələbə olub. Onun intihar etməsi hər kəs üçün gözlənilməz olub. Bizdə olan məlumata görə, tələbə əslən Şəmkirdən olsa da, Bakıda anası və qardaşı ilə kirayədə qalırmış. Onun yaxınlarına səbr diləyirik, baş sağlığı veririk və lazım olduğu qədər ailəsinə dəstək olmağa çalışacağıq”.

Qeyd edək ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR