Qənirə Paşayeva: "Həftə sonlarında küçəyə çıxmanın qadağan olunması vacibdir"
04-06-2020 [11:24]
“Son yoluxma sayını nəzərə alsaq, artıq həftə sonlarında küçəyə çıxmağın, ictimai və fərdi nəqliyyat vasitələrinin hərəkətinin qadağan edilməsi bir zərurətdir”.
Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
O bildirib ki, buna səbəb son günlər yoluxan və sağalan insanlar arasında fərqin kəskin artmasıdır: “Hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olurdu. Məhz bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı artıq başlanmışdı. Ancaq sərt karantin rejiminin yumşaldılmasından sonrakı dövrdə insanların çoxu TƏBİB-in açıqladığı metodiki göstərişlərə əməl etmədi, ictimai nəqliyyatda, qapalı məkanlarda tibbi maska taxmadı, sosial məsafəni gözləmədi. Vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminin tələblərinə ciddi əməl etməməsinə görə yoluxan və sağalanlar arasında kəskin fərq yaranıb, karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təkliflər hazırlanıb. Dünən Operativ Qərargahın birifinqində karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı deyilənlər də məhz bu laqeydliyin nəticəsidir. Unutmamalıyıq ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah infeksiyanın Azərbaycanda qeydə alındığı gündən məqsədyönlü fəaliyyət göstərib. Sərt karantin rejiminin mərhələlərlə yumşaldılmasına başlanan müddətədək yoluxmanın və itkinin minimuma endirilməsi, eyni zamanda bu dövrdə ölkənin tibb müəssisələrinin bu sahədə yüksək səviyyəli kadrlarla və texniki avadanlıqlara təchizatı təmin edilib, laboratoriyalar yaradılıb".
Paşayeva deyib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq görülən işlər, əldə edilən uğurlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilib, Azərbaycan nümunəvi ölkə kimi qeyd olunub: "Dövlət üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib və bu gün də yerinə yetirməkdədir. Bundan sonrakı mərhələdə əsas həlledici amil vətəndaş məsuliyyəti idi. Nəzərə alınmalıdır ki, bu virus hələ bizim aramızdadır və insanlar bu virusla yaşamağı öyrənməlidir. Çünki virusla bağlı vaksinin nə zaman hazır olacağı bilinmir. Buna görə də insanlar məsuliyyətini dərk etməli və TƏBİB-in metodiki göstərişlərini maksimum əməl etməyə çalışmalıdır. Çünki cəmiyyətin uzun müddət sərt karantin rejimində yaşaması mümkün deyil. Buna görə də bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da müxtəlif sahələrlə bağlı metodiki göstərişlər təsdiqlənib, qaydalar müəyyənləşib. Buna uyğun olaraq da mərhələli sərt karantin rejiminin yumşaldılmasına başlanmışdı. Bu sadə tələblərə riayət etmək, ictimai nəqliyyatda, qapalı məkanlarda tibbi maska taxmaq, sosial məsafəni gözləmək bu virusdan qorunmağın ən asan və rahat yoludur. Ancaq xüsusən sərt karantin rejiminin yumşaldılması ilə bağlı son qərardan sonra təəssüf ki, maska taxılmaması, sosial məsafəni gözlənilməməsi meylləri artıb. Digər tərəfdən bayram günlərində insanların laqeydliyi nəticəsində yoluxmaların sayında nəzərəçarpacaq artım, yoluxanların sayının sağalanların sayından çox olması qeydə alındı”.
Deputat qeyd edib ki, dünənki birifinqdə Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsinin həftə sonları COVİD-19-a daha çox yayılmanın qeydə alındığı Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində, Abşeron rayonunda küçəyə çıxmanın məhdudlaşdırılması təklifini dəstəkləyir: “Hər bir vətəndaşın təhlükəsizliyinin qorunması və infeksiyanın nəzarətdən çıxmaması üçün həftə sonlarında küçəyə çıxmanın qadağan olunması vacibdir. Hər birimizin arzusu bu addımlar nəticəsində epidemioloji vəziyyətdə dəyişmələrin müsbət tendensiyalara dönməsi və yenidən yumşalmanın davam etdirilməsidir. Həftə sonları tam qapanma vətəndaşların sağlamlığının qorunması məqsədi daşıyır. Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin ölkəmizdə istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığının olmamasına xidmət edir. Prezident İlham Əliyevin dünən Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş şəxsi məsuliyyətini hiss etməli, Operativ qərargahın tələb və tövsiyələrinə riayət etməlidir”.
APA
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)