"Baş nazirə dedim ki, bunu etmək olmaz, nəticəsi sizin üçün pis olacaq" - Etibar Məmmədov
04-06-2020 [10:53]
Mia.az Azərbaycan Milli İstiqlar Partiyasının lideri Etibar Məmmədovun Moderator.az-a verdiyi müsahibəni təqdim edir:
- Etibar bəy, 4 İyun hadisələrinin üzərindən otuz ilə yaxın vaxt keçir. Bu gündən baxanda onun nəticələrini necə qiymətləndirirsiniz?
-O hadisələr yalnız mənfi nəticələrə gətirib çıxarıb. Ancaq o hadisəni törədənlər indiyədək də məsuliyyətlərini etiraf etməyiblər. O zaman rəhbərlikdə olan insanlar, vəziyyətin o yerə gəlib çıxmasına məsuliyyət daşıyanlar və onun qarşısını almaqda acizlik göstərənlər, qanunsuz hərbi əməliyyatlar hazırlayanlar, həmin əməliyyatlar baş verəndən sonra da vəziyyətin nizamlanması üçün qanuni tədbirləri görə bilməyənlər və nəticə olaraq Azərbaycanın dövlətçiliyində xaosa səbəb olanlar indiyə qədər də böyük əksəriyyəti məsuliyyətini etiraf etməyiblər.
Ancaq başqalarının üzərinə böhtanlar atmaqla məşğuldurlar.
- Demək istəyirsiniz ki, hadisənin əsas günahkarı o zamankı hakimiyyət idi?
- Xeyir, mən onları əsas günahkar adlandırmıram. Yəni, qanunla məsuliyyət daşıyanlar, dövlətin və vətəndaşların təhlükəsizliyinə görə məsul olan vəzifəli şəxslər olub. Təbii ki, qanunu pozanlar da olub, tabeçilik göstərməyənlər də olub. Məsələnin həlli üçün qanuni üsullardan istifadə edilməyib, yalnış yol seçilib və nəticədə də həmin vəziyyət yaranıb.
- Bəziləri Sizi də hakimiyyətə qarşı qiyam qaldıranları dəstəkləməkdə ittiham edirlər...
- Bu günə qədər bir sözümü, ya cümləmi tapsınlar ki, mən kimisə dəstəkləmişəm. Mənim tələbim yalnız o olub ki, məsul şəxslər izahat verməlidirlər və hadisələrin baş verməsinə görə məsuliyyət daşıdıqlarını etiraf etməlidirlər. Onlar da uzun müddət bu hadisələrdən əvvəlcədən xəbərlərinin olmadığını bildiriblər. Yalnız iki il bundan əvvəl onlardan bəziləri etiraf etməyə başladılar ki, bu, əvvəlcədən hazırlanmış əməliyyat olub, onlar onun hazırlanmasında iştrirak ediblər və hamının da bundan xəbəri olub. Bunu 25 ildən sonra etiraf etməyə başladılar.
Halbuki həmin dövrdə məsuliyyət üzərinə düşən şəxslər var idi və onlar birinci xalqa izahat verməli idilər ki, nə baş verir, xalqa müraciət etməli idilər və hər şeyi açıq-aydın bildirməli idilər. Bu problemin həllinin qanuni məkanı Milli Məclis idi. Hadisələr barədə MM-ə məlumat verib məsələlərin orada müzakirə edilməsinə şərait yaratmalı idilər. Onlar isə əksinə, hər şeyi gizlətməyə, məsuliyyəti boyunlarından atmağa başladılar. Prezidentdən tutmuş nazirlərə qədər hamısı dedi ki, mənim xəbərim yoxdur. Ona görə də onların kimisə ittiham etməyə haqları çatmır.
Necə olur ki, mənim xəbərim olur o əməliyyatın hazırlanmasından, onların xəbəri olmur? İyunun 2-də Baş nazir Pənah Hüseynə bildirmişəm ki, bunu etmək olmaz, nəticəsi sizin üçün pis olacaq. Sonra da gəlib Milli Məclisdə çıxış edərək bildirmişəm ki, ayın 4-ə belə bir əməliyyat hazırlanır. Bunu da etmək olmazdı.
- Əməliyat hazırlanması barədə Sizdə məlumat vardısa, belə çıxır ki, hamıda bu informasiya olub...
- Əgər mənə də bu informasiya çatmışdısa, deməli, hücum etdikləri tərəfdə də o informasiya olub, bunun üçün onların da hazırlığı olub. Yəni, bu əməliyyat gizlilikdən çıxmışdı. Nəticəsinin də belə olacağı haqqında iyunun 2-də mən MM-də xəbərdarlıq etmişdim. İndi onlar nəticə çıxarmayıblar, ona görə də heç kəsi ittiham etməyə haqları da yoxdur.
Bir sözlə, bacarıqsızlıq və səriştəsizlik göstəriblər. Nəticədə də ölkədə xaos yaranıb. Ona görə də 4 İyun hadisləri Azərbaycanın dövlətçiliyinə də, inkişafına da çox böyük zərbə olub.
- Rusiyanın müəyyən qurumlarının bu hadisələrin hazırlanmsında rolu olduğunu söyləyirlər. Siz necə düşünürsünüz?
- Bu barədə deyilib, ancaq ümumi. Təbii ki, hər zaman Rusiyanın bir barmağı burada olub, o zaman da olub, bu gün də var. Ancaq o hadisələrin birbaşa onların tərəfindən hazırlanması haqqında əgər kimdəsə məlumat var idisə, gərək onun qarşısını almaq üçün tədbirlər görəydi. Digər tərəfdən bunu ictimailəşdirmək də olardı. Ancaq hələki bu, söz səviyyəsindədi.
- O dövrdə MTN-də müavin işləyən Sülhəddin Əkbər həmin qiyam haqqında danışarkən bildirib ki, onlarda kəşfiyyat məlumatı olub bu barədə...
- Mən onu ciddi bir adam kimi qəbul edirəm. Əgər belə faktlar var idisə, Rusiya ilə əlaqəli olan şəxslər var idisə, tutaq ki, deputat da olsa, onların haqqında Milli Məclisə təqdimat vermək lazım idi, onlar təcrid olunmalı idilər. Yoxsa, sözlə deyilən şeylər nəticə vermir.
Onu da qeyd edim ki, əslində hakimiyyət hərbi qüvvələrə nəzarəti itirmişdi, onlara tabe olmurdular. Təbii ki, burada böyük dövlətlətin də barmağı var idi. Onlar da hadisələrə istədikləri istiqamətdə təsir göstərə bilirdilər.
- Etibar bəy, o dövrdə Siz də indikindən gənc olmusunuz təbii ki. İndi hadisələrin üzərindən 27 il keçir, Sizin də bəzi məsələlərə baxışlarınız dəyişə bilər. Bu gün də həmin dövrdə tutduğunuz mövqedə qalırsınızmı, yaxud düşünürsünüzmü ki, başqa cür hərəkət etsəydik daha yaxşı olardı?
- Mənim mövqeyim nədən ibarət olub ki? Mən tələb etmişəm ki, o zamankı qanunlara görə daxili məsələlərin həllində silahlı qüvvələrdən istifadə olunması ancaq Milli Məclisin qərarı ilə ola bilər. Həmin qərar olmadan silahlı qüvvələrdən istifadə olunubsa, bunun məsuliyyəti kimin üzərinə düşürsə, hesabat versin. Milli Məclisdə də bunu tələb etmişəm. Xalqa izahat verilməsini tələb etmişəm. İndi olsa, yenə də həmin şeyləri tələb edərəm.
Ancaq bu başqa məsələdir ki, o zaman daha təkidli olmaq olardı. Bu problemin həlli ilə bağlı mən bir müddət gözlədim ki, görək mənə nə zaman müraciət edəcəklər. Gərək onu gözləməyəydim, dərhal özüm prezidentlə əlaqəyə girəydim. Lakin prezident də hadisədən sonra, iyunun 8-də mənimlə əlaqə saxalyıb. Bəlkə də mən özüm vaxtında təşəbbüs göstərməli idim.
Lakin onu da deyim ki, vəzifəli şəxsin məsuliyyəti başqadı, qeyri-rəsmi şəxsin məsuliyyəti başqadı. Ona görə də bunlar elə 30 ildi eyni havanı çalıb-oynayırlar, hələ də yorulmurlar. İndiyədək də cəmi 1-2 nəfər etiraf edib ki, onlar mayın 25-də iclas ediblər, planı müzakirə ediblər.
Hansı ki, əvvəldən də onlara izah edilib ki, bu, uğursuz nəticələnəcəkdir. Mən də onlara xəbərdarlıq etmişəm ki, bu əməliyyatın planını kim hazırlayırsa, o, sizə xidmət etmir. Amma nəticə çıxarmadılar.
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb
Brazilyada dünyanı heyrətə salan hadisə: ölən əmisini banka gətirib adına kredit götürməyə çalışan qadın tutulub - FOTO
Sumqayıtda dəhşətli hadisə: oğul ata və anasını öldürüb
İSRAİL İRANI YENİDƏN VURUB: niyə İsfahan hədəf alınıb? - Açıqlamalar
Almaniyada şok olay: Rusiyaya casusluq ittihamı ilə iki nəfər həbs olunub - Kanslerdən açıqlama
"Beşiktaş" holland məşqçi ilə anlaşdı - İddia
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub