Medvedevdən İlham Əliyevə təbrik

img

12-10-2013 [14:30]


Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Təbrik məktubunda deyilir:
"Sizi prezident seçkilərində qələbə münasibətilə təbrik edirəm. Seçki kampaniyası bir daha təsdiq edib ki, Azərbaycan vətəndaşları Sizin ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, irimiqyaslı sənaye və infrastruktur layihələrinin həyata keçirilməsinə yönəlmiş xəttinizi tamamilə dəstəkləyirlər.

Biz ənənəvi Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk. Əminəm ki, səmərəli ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi Rusiya və Azərbaycan xalqlarının köklü maraqlarına tam mənada cavab verir.

Hörmətli İlham Heydər oğlu, Sizə məsul fəaliyyətinizdə yeni uğurlar, möhkəm cansağlığı və firavanlıq arzulayıram”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA