ABŞ-da 10 minə yaxın etirazçı saxlanılıb

img

04-06-2020 [09:31]


ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsi ilə bağlı etiraz aksiyalarının gedişində 9,8 mindən çox insan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

“CNN” xəbər verir ki, hazırda 9 813 etirazçı polis tərəfindən saxlanılaraq təcridxanalara aparılıb.

Qeyd olunub ki, təkcə Hyuston şəhərində 200, Los-Anceles şəhərində 2 500-dən çox, Nyu-York şəhərində isə 1 500 etirazçı həbs edilib.

Qeyd edək ki, qarışıqlıqlara səbəb polisin zorakılığı nəticəsində afroamerikalı Corc Floydun həlak olmasıdır. Kütləvi iğtişaşlar səbəbindən Vaşinqton və Nyu-York da daxil olmaqla, ölkənin təxminən 40 şəhərində komendant saatı tətbiq olunub.

Pentaqon ABŞ paytaxtının ətrafında 1,6 minə yaxın hərbçi yerləşdirildiyi barədə məlumat yayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR