Gürcüstanın Baş Naziri istefaya gedir

img

03-06-2020 [15:15]


Gürcüstanın Baş Naziri Giorgi Qaxaria istefa verir.

Bu barədə “İnterpress news” xəbər agentliyi məlumat yayıb.

Xəbərə münasibət bildirən hakim Gürcü Arzusu partiyasının katibi, Tbilisi meri Kaxa Kaladze isə jurnalistlərə açıqlamasında bunun doğru olmadığını bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl “Mtavari arxi” telekanalı da Gürcüstanın Baş Naziri Giorgi Qaxarianın istefa verəcəyi və onu Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvilinin əvəz edəcəyi ilə bağlı məlumat yayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA