Jurnalistlərə mənzillərin verilməsi... - Vüsalə Mahirqızı yeni təkliflə çıxış etdi
03-06-2020 [14:09]
Jurnalistlər üçün nəzərdə tutulan 3-cü binanın tikitisi başa çatmaq üzrədir. Artıq indidən bu mövzuda müxtəlif fikirlər səsləndirlir. Media işçilərinin əhəmiyyətli hissəsi düşünür ki, bu dəfə mənzillərin bölüşdürlməsi ədalətli ola bilər. Çünki artıq nə Əli Həsənov, nə də Vüqar Səfərli var. Lakin mənzillərin bölgüsündə ədalət ptinsipinin gözləniləcəyinə inanmayanlar da var.
Mia.az xəbər verir ki, bu arada “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı maraqlı təkliflə çıxış edib:
“Neçə gündür ki, həmkarlarımızın yeni jurnalist evlərinin verilməsi mövzusundakı statuslarını oxuyuram. Vaxt yaxınlaşdıqca yəqin ki, bu statuslar daha da artacaq. Hamı özünü haqlı hesab edir və hərənin də özünə görə arqumenti var. Mənim təklifim, hətta xahişim bundan ibarətdir ki, bu dəfə bu məsələnin seçimində media orqanları iştirak etməsin.
Bir online sistem hazırlamaq və müraciət kriteriyalarını müəyyən etmək olar. Həmin kriteriyalara uyğun, ev almaq istəyən hər bir jurnalist online qaydada sənədlərini təqdim edir. Kriteriyalar dəqiqliklə seçilsə, müraciətlər minlərlə olmayacaq. Daha sonra isə müraciətlərin araşdırılması üçün ekspertlərdən və dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradıb, yekun siyahını Prezidentə təqdim etmək mümkündür. Bu, bir neçə məsələyə görə vacibdir:
1. Jurnalistlərin hansısa media orqanında işləməsi şərtidir. Sabah ev alandan sonra həmin şəxs jurnalistikadan gedə də bilir, amma o ev ondan geri alınmır. Və ya jurnalist başqa media orqanına, dövlət qurumuna transfer oluna bilər.
2. Ev məsələsi bir çox jurnalisti az maaşla illərlə bəzi redaksiyalarda işləməyə və gözləməyə vadar edir, girova çevirir, sonunda da çoxuna vəd olunan evlər verilmir, yəni adları siyahıya daxil edilmir.
3. Ev məsələsi media orqanlarında illərdir ki, əməkdaşları baş redaktorlarla üz-üzə qoyur. Nə qədər ədalətli davransan da, yenə də kimlərsə özünü daha çox haqqı çatan hesab edir və s. Bir halda ki, ev alan şəxs konkret hansısa media orqanına görə yox, jurnalist olduğu üçün ev alır, o zaman bu seçimi niyə redaksiya rəhbəri etməlidir və subyektiv mülahizələr yaranmalıdır?
4. Ev seçiminə media orqanı o vaxt qarışa bilər ki, ev konkret olaraq media qurumuna verilir. Məsələn, APA Agentliyinə 5 ev ayrılır. APA-dan işdən çıxan jurnalist isə evdən məhrum olur, eynilə hərbi strukturlarda olduğu kimi. Jurnalist evlərinin verilməsində qayda bu deyil və belə olmaması da çox yaxşıdır. O zaman çox sadə sual meydana gəlir. Media orqanı ona aid olmayan prosesdə niyə iştirak edir?
Mənim evlərin veriləcəyi vaxtla bağlı informasiyam yoxdur. Bildiyim odur ki, indiyə qədər bu seçim doğru edilməyib və buna görə də prosesdə qeyri-şəffaf, subyektiv maraqlar çox olub. Bununla bağlı əvvəllər də dəfələrlə demişəm, amma prosesi aparanların marağında olmayıb. Ümid edirəm ki, KİV DF-nin yeni rəhbərliyi bu məsələnin daha rahat və qalmaqalsız həlli yolunu tapacaq. Bir modeli mən təklif etdim. Şəxsən mənim media rəhbəri olaraq bu prosesdə heç bir marağım yoxdur və bacardıqca uzaq qalmaq istəyirəm”.
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib