Təhsil Nazirliyi: "Bütün müəllimlərin məktəbə gəlməsi vacib deyil"

img

02-06-2020 [18:00]


"Bugünkü vəziyyətlə əlaqədar insanların bir araya toplaşmasını istəmirik. Müəllimlərin məktəbə gəlməsi üçün ən önəmli zərurət tədris prosesidir. Hazırda dərs yoxdur. Ona görə də məktəbdəki işləri ancaq direktorlar, onların müavinləri və sinif rəhbərləri həyata keçirməlidir".

“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Orxan Abbasov deyib.

“Bu, o demək deyil ki, bütün müəllimlər səhər saat 9-dan axşama kimi məktəbdə olmalıdır. Zərurət olmadığı təqdirdə belə digər sahə üzrə pedaqoji heyətin məktəbə gəlməsi lazım deyil”, - sektor müdiri bildirib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA