Putinlə Tramp nələri müzakirə edib? - Kremldən açıqlama

img

01-06-2020 [20:05]


Rusiya Prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp arasında telefon danışığı olub. İki dövlət başçısı danışıq zamanı koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini müzakirə ediblər.

TASS xəbər verir ki, bu barədə Kremlin məlumatında bildirilib.

Qeyd edilir ki, Putin Trampla söhbətində strateji sabitlik sahəsində dialoqun genişləndirilməsinin vacibliyini vurğulayıb əlavə edib ki, OPEK+ sazişi neftə tələbatın tədricən bərpa olunmasına və qiymətlərin sabitləşməsinə səbəb olur.

D.Tramp isə öz növbəsində V.Putinə “G7” sammitini Rusiya, Avstraliya, Hindistan və Koreya Respublikası rəhbərlərinin iştirakı əsasında keçirmək fikrində olmasından damışıb. Liderlər kosmik sahədə əməkdaşlığı inkişaf etdirmək üçün qarşılıqlı mövqedən çıxış etdiklərini bir daha nümayiş etdiriblər/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA