"Koronavirusa yoluxma iyunun ortalarında pik həddə çatacaq" - TƏBİB rəsmisindən xəbərdarlıq
01-06-2020 [19:21]
“Hazırda koronavirusa yoluxma sayının artması ilk növbədə karantin rejiminin yumşaldılması ilə əlaqədardır. Çünki yumşalmalar nəticəsində insanlar arasında təmas riski də artır”.
Bunu APA-ya açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib.
O bildirib ki, hər kəs evində qapalı şəraitdə qaldığı müddətdə yoluxma sayı az olub: “İndi yumşalmalar var. Hər kəs şəhərə çıxır, rahat hərəkət edir. Gündən-günə karantin rejimi yumşaldılır, məhdudiyyətlər aradan qaldırılır. Yoluxmanın artmasının ikinci səbəbi isə insanların məsuliyyətsiz davranışlarıdır. İnsanlar verilən tövsiyələrə, qadağalara məhəl qoymurlar. Təbii ki, məsuliyyətli olanlar da var. Amma məsuliyyətsiz olanlar yetəri qədər olduğuna görə qurunun oduna yaş da yanır. Şəhərə çıxanda müşahidə edin, görün nə qədər insan maska taxır, nə qədər insan sosial məsafəni qoruyur?
Bəzi qanunsuzluqlar baş verir. Əsasən də rayonlarda yas mərasimləri ilə bağlı qadağalara məhəl qoyulmur. Buna əhəmiyyət verməyən insanlar kütləvi şəkildə toplaşırlar. Kütləvi toplaşmalar virusun yayılması üçün ən yaxşı ortamdır, çünki insanlar burada bir-birinə çox yaxın məsafədə olurlar. Virusdan qorunmaq üçün ən azı 2 metr məsafə saxlanmalıdır, bu qanunauyğunluq kütləvi yerlərdə pozulur. İnsanların gigiyenik qaydalara əməl etməməsi, maska taxmaması, məsafəni qorumaması - bu üç vacib, sadə tövsiyəyə riayət edilmədiyi halda yoluxma riski artır”.
V. Əliyev qeyd edib ki, maska taxılmaması ilə bağlı cərimələr tətbiq olunsa belə, qısa müddətdə yoluxma sayında azalma görə bilməyəcəyik: “Bir müddət keçməsi lazımdır. Xəstəliyin inkubasiya dövrünü nəzərə alsaq, yoluxma sayının azalıb-azalmayacağını ən azı 2 həftədən sonra görə bilərik”.
İnfeksionist maska taxılmasının vacibliyi məsələsinə də aydınlıq gətirib: “Əslində, maskaların sağlam adam üçün qoruyuculuğu zəifdir. Maskanı xəstə insanlar taxmalıdır. Biz hamıya maska taxmasını tövsiyə edərkən yüngül formada xəstəlik keçirən, eyni zamanda asimptomatik, hər hansı klinik əlaməti olmayan insanları da nəzərə alırıq. Həmin şəxslərdə xəstəlik əlaməti olmasa da, onlar aktiv virus daşıyıcısıdırlar. Bu insan digərinə virusu yoluxdura bilər. Maskanın taxılması ilə xəstə və sağlam insanı ayırd etmədən xəstəliyin ötürücülüyünün qarşısını alınır. Bu, eyni zamanda sosial mesajdır. Hər kəs maska taxdığı zaman ortamda olan digər insanlar da bunu özünütənqid bilərək maska taxmağa məcbur olur. Hər kəs maska taxıb sosial məsafəni qorusa, yenə də yoluxma olacaq. Maskanın qoruyuculuğu 100 faiz deyil. Ancaq yoluxma sayı xeyli azalacaq, indiki vəziyyətdə olmayacaq”.
V. Əliyev bildirib ki, havanın, mövsümün bu xəstəliklə əlaqəsi yoxdur. Onun sözlərinə görə, isti ölkələrdə də bu virus yayılıb: “COVID-19 yeni virus olduğuna görə hansı temperaturda, yay mövsümündə nə qədər davam edəcəyi də bəlli deyil. Hazırda ölkədə yoluxma sayını pik saymaq olmaz. Yoluxma yüksəlməyə doğru gedir. Düşünürəm ki, koronavirusa yoluxma iyunun ortalarında pik həddə çatacaq. Bir az gecikə də bilər. Düşünürəm ki, iyunun 15-20-si arası yoluxma sayı artacaq. Tətbiq olunan cərimələrin təsirini 2 həftə sonra görəcəyik. O vaxta qədər pik həddi keçə bilərik. Çünki cərimələr tətbiq olunana qədər yoluxmalar olacaq. Artıq xeyli müddətdir ki, insanlar qaydalara əməl etmirlər. Cərimələr yoluxmanın sürətini azalda bilər, amma pik həddin qarşısını almaq olmaz”.
V. Əliyev vurğulayıb ki, koronavirusa qarşı peyvəndlə bağlı yeni məlumat yoxdur: “Uzun müddətdir, peyvəndlə bağlı araşdırmalar davam edir. Hələ ki, tam təsdiq olunmuş peyvənd yoxdur. Qısa müddətdə peyvəndin hazırlanması mümkün deyil. Peyvəndin nə qədər etibarlı, qoruyuculuğunun nə qədər, hansı müddətdə olduğu təsdiqini tapmayıb. Çalışmalar bitməlidir ki, sonra sağlam, könüllü insanlar arasında təcrübədən keçirilsin.
Hər gün virusa yoluxan insanları görürük. Onlarla hər gün təmasda oluruq. Onlar xəstəxanalarda müalicə alırlar. Ön cəbhədə vuruşan həkimlərdən biri olaraq demək istəyirəm ki, virus çoxdur və yayılmaqda davam edir. Bəzi insanlar bunu ağır formada keçirir. Heç kim o insanların yerində olmaq istəməz. Bunu bir xəbərdarlıq və ya tövsiyə kimi qəbul edə bilərsiniz. İnsanlara virusa yoluxmadan bu bəladan qurtulmağı tövsiyə edirəm. Bunun üçün, sadəcə, bəsit qaydalara əməl etmək lazımdır. Virus olsun, ya olmasın, gigiyena qaydalarına hər zaman əməl etmək lazımdır. Qapalı mühitdə maska taxmağın, qaydalara əməl etməyin, sosial məsafəni qorumağın hər hansı zərəri yoxdur, ancaq faydası var. Yəni bu faydalı olan əməlləri bir az məsuliyyətli şəkildə anlayıb əməl etməyi tövsiyə edirəm. Çünki virusa yoluxma halı hazırda daha yüksəkdir. Biz artıq karantin rejiminin yumşadılmasına doğru gedirik. İndiki vaxtda yoluxma riski daha yüksəkdir. Qaydalara əməl etməsək, gec ola bilər. Qaydalara əməl etməklə, eyni zamanda digər insanlar arasında bunu təşviq etməklə həm özümüzü, həm də ailəmizi qoruya bilərik. Başqa insanları da buna cəlb etməliyik. Bununla yoluxmanın sürətini xeyli azaltmış olarıq”.
Hələbdə döyüş davam edir - 7 nəfər ölüb, 52 yaralı var
APARAT RƏHBƏRİ NAZİR MÜAVİNİ TƏYİN EDİLİB - Sərəncam
Əli Əsədov təhsillə bağlı qərar imzaladı - Detallar
İsrail Qəzzaya zərbə endirib - 4 nəfər ölüb
QARABAĞA YENİ KÖÇ BAŞLAYIR
Zabrat maşınqayırma zavodu özəlləşdirilib
"Azərişıq" ASC-nin rəhbəri növbəti təyinatlara imza atıb - Vüqar Əhmədov kimlrə vəzifə verdi? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TİKİNTİ İLƏ BAĞLI YENİ QƏRAR VERİLDİ - İcazələr dərhal...
Sabah qar yağacaq - Xəbərdarlıq
Lalə Şövkətin bacısı oğlu qəfil vəfat edib - FOTO
Aqrar Kredit və İnkişaf Agentliyində nöqsanlar aşkarlanıb
Məhkəmə hərbi ekspertlə bağlı qərar verib
Suriya ordusu Hələbdə kürd silahlılarına zərbə endirir: "Silahı yerə qoyun, yoxsa..." (Yenilənib)
Rasim Məmmədov azadlığa çıxmaq istəyir
Vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərilib
Media subyektləri vergidən azaddır, bəs jurnalistlər? - İzahat
Məşhur müğənninin qanında narkotik üzə çıxdı
"Azərişıq" ASC-nin İdarə rəisi vəzifə azad edilib - Yeni təyinat
Sənan Şahbəndəyev yeni vəzifəyə təyin olunub
Bərdədə silah satmaq istəyən iki nəfər tutulub
Ermənistan və Azərbaycan potensial qarşılıqlı ticarəti müzakirə edir - Paşinyan açıqladı
"Fənərbağça"nın qolkiperi "Kasımpaşa"ya transfer olunub
Rusiyada vertolyot qəzaya uğrayıb - Ölənlər var
“Sahil Park”ın Sumqayıt layihəsində reklamla reallıq arasındakı böyük fərq: mənzil neçəyə satılır? - ARAŞDIRMA
Prezident İlham Əliyev fərman imzalayıb - Dəyişiklik
Məşhur reper Elşad Xose həbs olunub - Söyüşə görə
25 min qızıl gül, 25 min Xrizantema, 40 min Primula... - Bakı Yaşıllaşdırma İdarəsi gül alır
Sabah qar yağacaq - Hava proqnozu
İlham Əliyev Külək Elektrik Stansiyasının rəsmi açılışında mühim mesajlar verdi - TAM MƏTN, FOTOLAR
ABŞ sərhədə hasar çəkir - 804 kilometr uzunluğunda
"Bloger" saxlanıldı - 16 min manatlıq dələduzluq
Deputat: “Qardaşım oğlu bu toyu öz pulu ilə təşkil edib” - VİDEO
Şəhriyar 3 milyon, Teymur 2 milyona yaxın pul qazanıb
Cəbrayılda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
DİN başçısı: "Maduro ayağından, arvadı başından yaralanıb" - Əməliyyatda 100 nəfər öldürülüb, 100-dən çox yaralı var
ABŞ-da kilsəyə hücum: iki nəfər ölüb, altı nəfər yaralanıb
Arvadına mesaj yazanı əvvəl zorlayıblar, sonra isə üzr istəyiblər... - Lənkəranda kuryoz hadisə
Baş Prokurorluq vergi müfəttişinin əməli barədə açıqlama yaydı
Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb
Tərtərdə narkotik və silah satmaq istəyən keçmiş məhkum saxlanılıb
Rusiyaya qarşı yeni sanksiyalar qəbul edildi - Tramp qanun layihəsini təsdiqlədi, ucuz neft alan ölkələr cəzalandırılacaq
Vərəm xəstələri üçün hemodializ kabineti yaradılıb