Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxdu, 5 nəfər isə vəfat etdi - Qərargah yeni məlumatı yaydı

img

01-06-2020 [18:36]


Azərbaycan Respublikasında 168 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 80 nəfər müalicə olunaraq sağalaraq, evə buraxıllb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1940, 1952, 1955, 1959 və 1962-cı il təvəllüdlü 5 nəfər vəfat edib: "Hazırkı dövrədək ölkəmizdə 5662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 3508 nəfər müalicə olunaraq sağalmış, 68 nəfər vəfat etmiş, 2086 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Həmin şəxslərdən 55 nəfərin vəziyyəti ağır, 69 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 302.933 test aparılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR