"Baltikyanı və Qafqazda desant əməliyyatının keçirilməsi..." - Rusiya NATO-ya səsləndi

img

01-06-2020 [17:43]


Rusiya Müdafiə Nazirliyi yeni növ koronavirus (COVID-19) pandemiyası fonunda NATO-nu aqressiv fəaliyyət və güc nümayişini azaltmağa çağırıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahının Baş əməliyyat idarəsinin rəisi, general-polkovnik Sergey Rudskoy bu gün keçirdiyi brifinqdə bildirib.

“Bu gün dünyada yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı tədbirlər görülən zaman ziddiyyət səviyyəsini aşağı salmaq və aqressiv fəaliyyətdən və güc nümayişindən çəkinmək lazımdır”, - deyə rusiyalı general vurğulayıb.

S. Rudskoy NATO-nun 9 may ərəfəsində Baltikyanıda və Qafqazda hərbi təlimlər keçirməyi planlaşdırdığını da qeyd edib: “NATO-nun daha böyük təlimlərindən biri “Avropanın müdafiəçisi 2020” hərbi təlimidir ki, bu təlimlər zamanı qitəyə ABŞ-ın 28 mindən çox hərbçi, 287 tank, 449 zirehli transportyor və 95 helikopterinin cəlb olunması planlaşdırılıb. Bundan başqa, daha 17 ölkə bu təlimlərə öz hərbi kontingentini göndərməyi planlaşdırıb. Qeyd etmək lazımdır ki, təlimlərin istiqaməti açıq-aydın antirusiya xarakteri daşıyır. Məsələn, Baltikyanı və Qafqazda desant əməliyyatının keçirilməsi 9 may ərəfəsində planlaşdırılıb. Lakin buna COVİD-19 virusu səbəbindən tətbiq olunan karantin maneə olub”.

General NATO-nun faktiki olaraq Rusiya Federasiyasının hərbi gərginliyin azaldılması və insidentlərin qarşısının alınması ilə bağlı təklifini rədd etdiyini söyləyib: “NATO rəhbərliyi ilə yüksək səviyyədə ikitərəfli təmaslarda dəfələrlə hərbi sahədə insidentlərin qarşısının alınması və hərbi gərginliyin azaldılması məsələsini müzakirə etmişik. Bizim bu məsələlərə bağlı təkliflərimiz Rusiya Xarici İşlər naziri Sergey Lavrovun NATO baş katibi Stoltenberqə məktubunda öz əksini tapıb. Faktiki olaraq təkliflərimiz rədd olunub”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR