Qurban bayramının və Məhərrəm ayının vaxtı bəli oldu

img

01-06-2020 [17:08]


Bu il Azərbaycanda Məhərrəm ayı avqustun 21-də başlayacaq.

Mia.az bildirir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, Aşura günü isə avqustun 30-na təsadüf edəcək.

F.Nurullayev eyni zamanda qeyd edib ki, Səfər ayı sentyabrın 19-da başlayacaq, 17 oktyabrda başa çatacaq.

O qeyd edib ki, Zilhiccə ayının 10-u bu il Qurban bayramıdır: "Qurban bayramı bu il iyulun 31-i və avqustun 1-nə təsadüf edəcək. Əslində, İslam ölkələrində Qurban bayramı 3 gün qeyd edilir, yəni Zilhiccə ayının 10-u, 11-i və 12-də. Bizdə isə həm Ramazan, həm də Qurban bayramı dövlət səviyyəsində 2 gün bayram edilir”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR