"Lider" TV birdəfəlik bağlanır? - Dövlət qurumu müflis elan olunması ilə bağlı iddia qaldırdı

img

01-06-2020 [13:23]


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə həmin MMC-yə qarşı iddia qaldırıb.

İddia ərizəsinə iyunun 8-də Bakı Kommersiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, “Lider TV və Radio-Azərbaycan” MMC 1998-ci ildə qeydiyyatdan keçib.

Şirkətin nəzdində "Lider TV" (1 sentyabr 2000-ci ildən), həmçinin "Radio Lider" fəaliyyət göstərir. (Report)

Digər xəbərlər
SON XƏBƏRLƏR