Spiker 82 deputatın növbədənkənar sessiya haqda müraciətinə cavab verdi: "Qərar verilib"

img

31-05-2020 [18:25]


“Milli Məclisin 82 deputatı növbədənkənar sessiyanın çağrılması üçün mənə müraciət edib”.

Bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Spikerin sözlərinə görə, həmin müraciətlərə baxılıb və növbədənkənar sessiyaların keçirilməsi ilə bağlı qərar qəbul edilib.

“Mən bununla bağlı sərəncam imzalamışam. Növbədənkənar sessiyanın ilk iclasları iyunun 1-i və 2-də keçiriləcək", - deyə S. Qafarova bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR