Cavid Qurbanova məxsus istirahət mərkəzində Ata Abdullayevi belə döydülər - VİDEO + FOTOLAR

img

31-05-2020 [15:03]


Xəbər verdiyimiz kimi, ötən gecə blogger Ata Abdullayev Pirşağı qəsəbəsində yerləşən “Həyat” İstirahət Mərkəzində döyülüb.

O, mərkəzdə feysbuk üzərindən canlı yayım açıb və gecə yarısı olmasına baxmayaraq, bəlli olub ki, obyektdə karantin qaydaları ciddi şəkildə pozulub.

Videodan görünür ki, karantin qaydalarını pozanlar gənc oğlan və qızlar olub. Detallara varmadan bildirək ki, bu hal qanunvericiliyin ciddi şəkildə pozulmasıdır və məsuliyyət yaradır.

Bəs “Həyat” İstirahət Mərkəzinin sahibi kimdir?

Mia.az "Yeni Sabah"a istinadla bildirir ki,  mərkəzlə bağlı zaman-zaman mediada neqativ informasiyalar tirajlanıb.

İstirahət mərkəzi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova məxsus olan onlarla biznes layihələrdən biridir.

3 il əvvəl bu istirahət mərkəzində dəhşətli qətl hadisəsi baş vermişdi və o zaman da C. Qurbanov gündəmə gəlmişdi.

Həm Ata Abdullayevin döyülməsi, həm də  “Həyat” İstirahət Mərkəzindən video və fotolar təqdim edirik:

Bloggerin döyüldüyü obyekt görün hansı məmurun imiş – Fotolar

Bloggerin döyüldüyü obyekt görün hansı məmurun imiş – Fotolar

Bloggerin döyüldüyü obyekt görün hansı məmurun imiş – Fotolar

Bloggerin döyüldüyü obyekt görün hansı məmurun imiş – Fotolar

Açar sözlər

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq