Deputat MM-də məsələ qaldırdı: "190 manatlıq yardım iyunda da verilsin"

img

31-05-2020 [11:54]


“Aidiyyatı qurumlar 190 manatlıq birdəfəlik ödənişin iyun ayında da verilməsini nəzərə alsın”.

Bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli çıxış edib.

“Bu məsələnin həll olunması vacibdir. Həmçinin ölkədə işsizlərlə bağlı statistikanın dəqiqləşdirilməsinə də ehtiyac var. 190 manatlıq birdəfəlik ödəniş əvvəlcə 200 min adama, daha sonra isə 600 min adama şamil edildi. Amma bu da son rəqəm deyil. Ona görə də təklif edirəm ki, statistika yenidən işlənib hazırlansın”, - deyə o, qeyd edib/Report. 

Deputat həmçinin regionlarda yeni işlərinin yaradılmasını təklif edib/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR