Buraxılış imtahanlarındakı tapşırıqların strukturu və balların hesablanması qaydası açıqlandı - DETALLAR
29-05-2020 [14:22]
11-ci və 9-cu sinif buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən Mia.az-a verilən məlumata görə, tam orta təhsil səviyyəsi (XI sinif) üzrə ümumtəhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması məqsədilə keçirilən buraxılış imtahanları 2020-ci ildə də 2019-cu ildə olduğu kimi Azərbaycan (rus, gürcü) dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilir. İmtahanda şagirdlərə təqdim olunan tapşırıqların fənlər üzrə və ümumilikdə sayında dəyişiklik yoxdur. İmtahanda şagirdlərə ötən il olduğu kimi Azərbaycan (rus, gürcü) dili fənnindən 30, riyaziyyat fənnindən 25 və xarici dil fənnindən 30 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunur. Lakin cari ildə keçiriləcək buraxılış imtahanlarının imtahan fənləri üzrə tapşırıqların strukturunda sadələşdirilmə aparılaraq yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların sayı azaldılıb. Belə ki, imtahanda təqdim olunan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların sayı Azərbaycan (rus, gürcü) dili fənni üzrə 10-dan 4-ə, riyaziyyat və xarici dil fənləri üzrə isə 7-dən 4-ə azaldılmaqla ümumilikdə 24‑dən 12-yə endirilib. İmtahan fənləri üzrə tapşırıqların strukturu aşağıdakı kimidir:
Azərbaycan (rus, gürcü) dili
- Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;
- Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik formalı) və hər mətnə aid 10 tapşırıq (cəmi 20 tapşırıq): qapalı tipli 8 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 2 tapşırıq.
Riyaziyyat
- Qapalı tipli 13 tapşırıq;
- Cavabların kodlaşdırılması tələb olunan açıq tipli 8 tapşırıq;
- Həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 4 tapşırıq.
Xarici dil
- Dinləyib-anlamaya dair mətn (publisistik və ya dialoq formalı) və mətnə aid 6 tapşırıq: qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq;
- Qapalı tipli 16 tapşırıq;
- Oxuyub-anlamaya dair mətn və mətnə aid 8 tapşırıq; qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 tapşırıq.
Şagirdlərin imtahan fənləri üzrə balları Cədvəl 1-də təqdim olunan qaydada hesablanır. Hər fənn üzrə toplanıla bilən maksimal bal 100-dür. Təhsil sənədinə yazılarkən hər bir fənn üzrə toplanan bal tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır.
Ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edənlər üçün ümumi bal hesablanarkən hər bir fənn üzrə toplanan nisbi ballar cəmlənir (Cədvəl 1). Bu zaman fənlər üzrə nisbi ballar hesablandıqdan sonra 0.1-ə qədər yuvarlaqlaşdırılır. İmtahanda toplanıla bilən maksimal ümumi bal hər fənn üzrə 100 bal olmaqla 300-dür.
Cədvəl 1 Tam (11-illik) orta təhsil səviyyəsi üzrə buraxılış (Ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanı üzrə imtahan fənləri, tapşırıqların sayı və balların hesablanma qaydası:
http://dim.gov.az/…/b1b/b1beca8befab70d5759f2963c4c7ef9f.pdf
9-cu sinif buraxılış imtahanı
Nazirlər Kabinetinin 18 may 2020-ci il tarixli qərarı ilə “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nda edilmiş müvəqqəti dəyişikliyə əsasən ümumi orta təhsil səviyyəsi (9-cu sinif) üzrə buraxılış imtahanları bir mərhələdə (buraxılış imtahanının ikinci mərhələsinin modeli əsasında) keçirilir. Buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilir.
Şagirdlərin imtahan fənləri üzrə balları Cədvəl 2-də təqdim olunan qaydada hesablanır. Hər fənn üzrə toplanıla bilən maksimal bal 100-dür. Təhsil sənədinə yazılarkən hər bir fənn üzrə toplanan bal tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır.
Buraxılış imtahanları ilə bağlı dəyişikliklər qüvvəyə minməzdən əvvəl ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları iki mərhələli olduğu zaman 2020-ci il martın 1-də imtahanın birinci mərhələsində iştirak etmiş şagirdlər bir mərhələli buraxılış imtahanını vermirlər. Həmin şagirdlərin hər bir fənn üzrə əldə etdikləri nəticələri 100 ballıq şkalaya keçirilərək onların imtahan nəticələri səhifəsinə yerləşdirilmişdir. Şagirdlərin 100 ballıq şkalaya uyğun balları onların təhsil sənədinə yazılır. Yeni şkalaya uyğun qiymətindən narazı olan şagirdlər üçün sentyabr ayında imtahan (buraxılış imtahanının ikinci mərhələsinin modelinə uyğun) keçirilməsi nəzərdə tutulur. Bu kateqoriyadan olan şagirdlər ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün ərizə verdikləri təqdirdə müsabiqədə iştirak edə bilmək üçün bir mərhələli imtahanda (buraxılış imtahanının ikinci mərhələsinin modeli əsasında) iştirak etməlidirlər.
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edənlər üçün ümumi bal hesablanarkən hər bir fənn üzrə toplanan nisbi ballar cəmlənir (Cədvəl 2). Bu zaman fənlər üzrə nisbi ballar hesablandıqdan sonra 0.1-ə qədər yuvarlaqlaşdırılır. İmtahanda toplanıla bilən maksimal ümumi bal hər fənn üzrə 100 bal olmaqla 300-dür.
Cədvəl 2 Ümumi (9-illik) orta təhsil səviyyəsi üzrə buraxılış (ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanı üzrə imtahan fənləri, tapşırıqların sayı və balların hesablanma qaydası:
http://dim.gov.az/…/9c6/9c6ac284f7363ad780027c2b3a78d41a.pdf
“Azərbaycan dili” (dövlət dili kimi) imtahanı
Qeyri Azərbaycan bölməsinin 9-cu və 11-ci sinif şagirdləri “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, uyğun olaraq ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində “Azərbaycan dili” (dövlət dili kimi) fənnindən imtahan verirlər. İmtahan 2019-cu il “Azərbaycan dili” (dövlət dili kimi) imtahanı modelinə uyğun olaraq keçirilir və imtahanda şagirdlərə fənn kurikulumu əsasında hazırlanmış 30 qapalı tipli tapşırıq təqdim edilir. Tapşırıqların yerinə yetirilməsinə 45 dəqiqə vaxt ayrılır. İmtahan üzrə tapşırıqların strukturu aşağıdakı kimidir:
- Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;
- Oxuyub-anlamaya dair 2 mətn (bədii və publisistik formalı) və hər mətnə aid 10 qapalı tipli tapşırıq (cəmi 20 tapşırıq).
Sabah yağış yağacaq
Şəmkirdə 16 yaşlı uşaq dəhşət saçdı - 19 yaşlı gənc öldürüldü
Keşlədə bəzi əraziləri su basıb - VİDEO
Xocalı soyqırımının təşəbbüskarlarından biri öldü
Məmur olmaq istəyənlər üçün imtahan keçirilir
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq