Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə telefonda danıışıb

img

29-05-2020 [13:53]


Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovaya telefonla zəng edib.

Mia.az-ın məlumatina görə, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova "Twitter" səhfəsində yazıb.

Bildirib ki, M.Şentop həm öz adınan, həm də TBMM üzvləri adınan Azərbaycan Respublikasının Milli Məclisin Sədrini, millət vəkillərini və bütün Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib. 

S.Qafarova təbrikə görə minnətdarlığını bildirib və bu bayramın "bir millət, iki dövlət" olan Azərbaycan və Türkiyənin ortaq bayramı olduğunu qeyd edərək türkiyəli həmkarına da öz təbriklərini çatdırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR