Gürcüstan həbsxanalarında 106 Azərbaycan vətəndaşı saxlanılır - Aralarında qadın da var

img

29-05-2020 [11:19]


Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı 106 nəfər təşkil edir.

Bu barədə ölkənin Milli Statistika İdarəsinin aprel ayı üzrə hesabatında bildirilib.

Aylıq müqayisədə qonşu ölkədə həbsdə olan Azərbaycan vətəndaşlarının sayı 6 nəfər azalıb.

Gürcüstanda ittiham olunan 16 Azərbaycan vətəndaşı var ki, onların 11-i kişi, 5-i isə qadındır. Məhkum olunan Azərbaycan vətəndaşlarının sayı isə 90 nəfərdir. Onların 81-i kişi, 9-u isə qadındır.

Probasiya nəzarətində isə 21-i kişi, 2-si qadın olmaqla 23 Azərbaycan vətəndaşı saxlanılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR