"Qalatasaray" və "Çaykur Rizəspor" Azərbaycan Xalq Cümhuriyyətinin 102 illiyi ilə bağlı paylaşımlar edib

img

28-05-2020 [16:30]


Türkiyənin "Qalatasaray" klubu Azərbaycan Xalq Cümhuriyyətinin 102 illiyi ilə bağlı paylaşım edib.

Məlumata görə, İstanbul təmsilçisi 28 May – Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.

Super Liqa komandası rəsmi feysbuk və tvitter səhifəsi vasitəsilə paylaşım edib: "Dost və qardaş ölkə Azərbaycanın Cümhuriyyət bayramı mübarək olsun!".

Qeyd edək ki, Türkiyənin digər klubu "Çaykur Rizəspor" da sosial şəbəkə vasitəsilə Azərbaycana təbrik mesajı yayımlayıb/Apasport.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA