"Lokomotiv"də daha 4 nəfərdə koronavirus aşkarlanıb

img

28-05-2020 [15:59]


Moskva "Lokomotiv"i koronavirus testinin nəticələrini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Rusiya klubu daha 4 nəfərin testinin mənfi çıxdığını bəyan edib.

Futbolçu, məşqçi və baza işçilərinin testindən sonra klub məşqləri bərpa edib. Virusa yoluxan futbolçular isə Dmitri Barinov, Anton Koçenkov, Timur Süleymanov və Roman Tuqarevdir. Adıçəkilən oyunçuların özlərini yaxşı hiss etdikləri və evlərində təcrid vəziyyətində qaldıqları vurğulanıb. Komanda isə hökumətin tələblərinə riayət edərək məşqlərə başlayıb.

Qeyd edək ki, Rusiya Premyer Liqasında çıxış edən futbolçular arasında koronavirusa ilk olaraq "Lokomotiv"in digər oyunçusu Cefferson Farfan yoluxub.


Digər xəbərlər
SON XƏBƏRLƏR