Britaniyada koronavirusdan ölənlərin sayı artıb

img

27-05-2020 [22:01]


Böyük Britaniyada koronavirusdan ölənlərin sayı artıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər yayıb.

Nazirliyin məlumatına görə, ötən gün ərzində 412 nəfər COVID-19-un qurbanı olub. 

Qeyd edilir ki, ölkədə təhlükəli virusdan ölənlərin ümumi sayı 37 460 nəfər təşkil edir.

Həmçinin bildirilir ki, bir gün ərzində COVID-19-a 2 013 yeni yoluxma aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 267 240 nəfərə çatıb/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR