Polşa – Azərbaycan oyununun yeni tarixi açıqlandı

img

27-05-2020 [17:49]


Futzal üzrə qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin Polşa – Azərbaycan oyununun yeni tarixi açıqlanıb.

Mia.az AFFA-ya istinadla bildirir ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmış görüş UEFA tərəfindən təsdiq olunmuş təqvimə əsasən, oktyabrın 23-də keçiriləcək.

Qarşılaşma aprelin 9-da olmalı idi. 

Həmçinin iyunun 5-nə planlaşdırılan Çexiya – Azərbaycan oyununun isə oktyabrın 27-də oynanılmasına qərar verilib.

Oyunların stadionu və başlanma vaxtı barədə əlavə məlumat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR