İngiltərə Premyer Liqasında məşqlərin bərpasına icazə verildi

img

27-05-2020 [15:41]


İngiltərə Premyer Liqasının rəhbərliyi futbol klublarının təmaslı məşqləri bərpa etmələrinə icazə verib.

Məlumata görə, komandalar artıq kollektiv şəkildə məşq edə və yaxın əlaqəni minimuma endirməklə top uğrunda mübarizəyə girə bilərlər.

Oyunçular və məşqçilər heyəti həftədə 2 dəfə koronavirus testindən keçəcəklər. 

"Məşqlərə qayıdış" protokolunun ikinci mərhələsi klublar, futbolçular, menecerlər, səhiyyə təşkilatları və yerli hökumətlə məsləhətləşmədən sonra razılaşdırılıb.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən martda dayandırılan İngiltərə Premyer Liqasının oyunları gələn ay bərpa oluna bilər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR