Kralı II Abdullah Azərbaycan Prezidentinə məktubu göndərib

img

27-05-2020 [12:53]


İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Mia.az-ın məlumatına görə, məktubda deyilir:

“Zati-aliləri. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Sizə və böyük Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Bu fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah diləyirəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR