Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi vəfat edib

img

26-05-2020 [16:17]


Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, ordu generalı İsmayıl Hakkı Karadayı vəfat edib.

Məlumata görə, İsmayıl Hakkı Karadayı 88 yaşında İstanbulda yerləşən xəstəxanalardan birində dünyasını dəyişib.

O bir neçə gün əvvəl yüksək hərarətlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, İsmayıl Hakkı Karadayı 1994-1998-ci illərdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR